Milli Məclisin sabahkı iclasında koronavirusla mübarizə müzakirə ediləcək

Milli Məclisin sabahkı iclasında koronavirusla mübarizə müzakirə ediləcək
# 16 mart 2020 11:51 (UTC +04:00)

Milli Məclisin sabah keçiriləcək plenar iclasında koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər müzakirə olunacaq.

APA-nın məlumatına görə, koronavirusla mübarizə, yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qapalı toplantısında da müzakirə ediləcək.

Bundan başqa, sabah Milli Məclisin iclasından öncə digər komitələrin iclasında da analoji müzakirələr aparılacaq.

İclasın gündəliyinə uyğunlaşdırma xarakterli bir sıra qanun layihələrinin salınması da gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR