Milli Məclisin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib

Milli Məclisin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib
# 12 mart 2020 09:58 (UTC +04:00)

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat Xidməti Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, gündəliyə 18 məsələ daxil edilib.

A. Təvəkküloğlu deyib ki, plenar iclasda “Azərbaycan Respublika İnsan Hüquqları üzrə müvəkkili - Ombudsman haqqında”, “Normativ Hüquqi Aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarına dəyişiklik edilməsi haqqında (II oxunuş), “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi haqqında, “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri haqqında” qanun layihəsi və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə məsələlər müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR