Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb
# 31 may 2020 17:09 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

APA-nın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, VI çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar qəbul edilib: “Prezident İlham Əliyevin parlamentin ilk iclasında verdiyi tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün işlər görülüb. Yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər idarəsində islahatlar aparılıb. Milli Məclisin aparatında 13 əvəzinə 9 şöbə, işlər idarəsində 9 şöbə yerinə 4 şöbə saxlanılıb. İslahatlar parlamentin işinin daha yaxşı keçirilməsini təmin edəcək”.

S. Qafarova qeyd edib ki, koronavirus pandemiyası Milli Məclisin də işinə, iclaslarının intensivliyinə öz təsirini göstərib.

Spiker bununla da, Milli Məclisin yaz sessiyasını bağlı elan edib.

Sessiya Dövlət Himninin oxunması ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR