Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı qəbul edilib

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı qəbul edilib
# 01 fevral 2021 12:28 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında yaz sessiyasının qanunvericilik işləri planı qəbul edilib.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci ilin yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsi iclasda səsə qoyularaq bir oxunuşda qəbul edilib. Qanunvericilik işləri planına aşağıdakı məsələlər daxildir:

- Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

- Azərbaycan Respublikasının Milli Məclisi İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar layihəsi

- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsi

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi.

- “Lombardlar haqqında” qanun layihəsi

- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi

- “Ali təhsil haqqında” qanun layihəsi.

- “Təhsil kreditləri haqqında” qanun layihəsi

- “Turizm haqqında” qanun layihəsi.

- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi

- Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR