Millət vəkili “Karantin rejimi haqqında” qanun qəbul edilməsini təklif edib

Millət vəkili “Karantin rejimi haqqında” qanun qəbul edilməsini təklif edib
# 30 mart 2020 12:18 (UTC +04:00)

“Bəziləri deyir ki, onlayn iclas zamanı internet kəsilsə, necə səs verəcəyik? “Bundan narahat olmaq lazım deyil. Artıq martın 26-da Avropa Parlamenti onlayn iclas keçirib. Həmin iclasda sədr tək oturdu və onlayn qaydada səsvermə həyata keçirildi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, Milli Məclisdə səsvermə zamanı da bəzən problemlər yaranır.

Millət vəkili qeyd edib ki, Azərbaycanda karantin rejimi elan olunsa da, hüquqi anlayış verilməyib: “Biz mütləq “Karantin rejimi haqqında” qanun qəbul etməliyik. Parlamentin karantin rejimini təsdiq etməsi üçün hüquqi bazamız yoxdur. Biz hüquqi çərçivəni müəyyənləşdirməliyik”.

Spiker Sahibə Qafarova bildirib ki, dünən artıq test rejimində videokonfrans keçirilib: “Bu, elə də asan iş deyil və beynəlxalq təcrübə öyrənilir. Çalışacağıq ki, bu istiqamətdə işlərimizi daha sürətlə aparaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR