Millət vəkili: “Milli Məclisdə bank rəhbərləri ilə görüş keçirilməlidir”

Millət vəkili: “Milli Məclisdə bank rəhbərləri ilə görüş keçirilməlidir”
# 01 may 2020 12:01 (UTC +04:00)

“Bank rəhbərləri ilə Milli Məclisdə görüşlər keçirməliyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Vahid Əhmədov qeyd edib ki, 27 aprel 2020-ci ildə Mərkəzi Bank 4 bankı inzibatçı təyin edilməsi, daha sonra 2 bankın lisenziyalarının ləğv edilməsi ilə bağlı məlumat yayıb:

“Bank sisteminin sağlamlaşdırılması istiqamətində addımların əksini gördük. Həmin banklarda hazırda əmanətlər 850 milyon manata qədərdir. Bu əmanətlərin qaytarılması ya dövlət büdcəsindən, ya da Mərkəzi Bankın vəsaitlərindən istifadə etməklə olacaq. “ATA Bank”ın fəaliyyətinin hesab edirəm ki, aidiyyəti qurumlar araşdıracaq. Amma digər banklarla bağlı işlər görmək olardı. Sədrdən xahiş edirəm ki, bank rəhbərləri ilə Milli Məclisdə görüşlər təşkil olunsun. Bu, təkcə Mərkəzi Bankın rəhbəri ilə olmalı deyil. Bankların bağlanmasından daha çox onların sağlamlaşdıırlıması üzrə işlər həyata keçirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR