Millət vəkili: "Milli Məclisin adından ATƏT-in Minsk Qrupuna müraciət edək"

Millət vəkili: "Milli Məclisin adından ATƏT-in Minsk Qrupuna müraciət edək"
# 06 oktyabr 2020 11:59 (UTC +04:00)

“Milli Məclisin adından ATƏT-in Minsk Qrupuna bir məktub ünvanlayaq. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılmasını istədiyimizi bu müraciətdə qeyd edək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib: “Dünən ölkə Prezidenti TRT-yə müsahibəsində açıq şəkildə dünyaya bəyan etdi ki, Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmalıdır. Azərbaycan xalqının hər bir nümayəndəsinin də istəyi budur. Biz bu istəyi parlament adından ATƏT-ə ünvanlayaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR