Millət vəkili: “Təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalıdır”

Millət vəkili: “Təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalıdır”
  • Clock-gray 11:59
  • calendar-gray 05 Avqust 2020

“İnsanlar iqtisadi fəallığa cəlb edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.

O bildirib ki, digər tərəfdən bu gün yeni iş yerlərinin açılması və insanlarının işlə təmin edilməsi, onların sosial yardımla təmin olunması məsələsi yenidən nəzərdən keçirilməlidir: “Bu istiqamətdə müvafiq qurumlar öz fəaliyyətində dönüş yaratmalıdır. Eyni zamanda gələcəkdə təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalı, TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq qaydalar hazırlamalıdır. Bu, çox vacibdir”.

Firuzə Vahid

Digər xəbərlər