Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb

Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb
# 02 fevral 2021 19:17 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnaməsində” əksini tapıb.

Bildirilib ki, Agentliyin fəaliyyət istiqaməti müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə təhlil və proqnozlaşdırma işlərini təşkil etmək; Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini həyata keçirmək; müvafiq sahədə fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR