Mixail Zabelin: “Bizim bayrağımız tezliklə Şuşada dalğalanacaq”

Mixail Zabelin:  “Bizim bayrağımız tezliklə Şuşada dalğalanacaq”
# 26 oktyabr 2020 11:48 (UTC +04:00)

“Dmitri Solnsevin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin
i
şğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimində bildirib.

M. Zabelin deyib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu torpaqların azad edilməsi uğrunda canlarından keçməyə hazırdırlar: “Bizim bayrağımız tezliklə Şuşada dalğalanacaq. Mən şəhidimizin ailəsinə də başsağğı verir, onlara səbr diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR