Məntəqə seçki komissiyaları qeydiyyatdan çıxma vəsiqəsi verməyə başlayır

Məntəqə seçki komissiyaları qeydiyyatdan çıxma vəsiqəsi verməyə başlayır
# 16 yanvar 2020 09:00 (UTC +04:00)

Bu gündən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar məntəqə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi başlayır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 101.2 – 101.4-cü maddələrinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə 24–3 gün qalanadək seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi verməlidir.

Fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu proses 2020-ci il yanvarın 16-dan fevralın 6-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR