Moldova, Rumıniya, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğız və Litva MSK nümayəndə heyətləri bələdiyyə seçkilərini müşahidə edəcək

Moldova, Rumıniya, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğız və Litva MSK nümayəndə heyətləri bələdiyyə seçkilərini müşahidə edəcək
  • Clock-gray 19:33
  • calendar-gray 22 Dekabr 2019

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərini müşahidə etmək məqsədilə Azərbaycanda səfərdə olan Moldova, Rumıniya, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğız və Litva Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətləri ilə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov görüşdə seçki qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın seçki praktikasının təkmilləşməsindəki rolundan danışıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.

Nümayəndə heyətlərinin üzvləri M. Pənahova səmimi qəbula görə təşəkkürlərini bildirib. Sədr M. Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və həyata keçirilmiş genişmiqyaslı layihələri qonaqların diqqətinə çatdırıb.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date