Moskva Dövlət Universitetinin rektoru Prezident İlham Əliyevi təbrik edib

Moskva Dövlət Universitetinin rektoru Prezident İlham Əliyevi təbrik edib
# 29 dekabr 2020 18:16 (UTC +04:00)

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi şəxsən öz adımdan və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminli kollektivi adından səmimi qəlbdən təbrik edirəm.

Siz uzun illərdir elm və təhsil məsələlərinə, universitet və akademiya ictimaiyyətinin səmərəli tərəfdaşlığının inkişafına və təkmilləşdirilməsinə böyük diqqət göstərirsiniz. Rusiya ilə Azərbaycanın yaradıcı əməkdaşlığının hüdudları Sizin sayənizdə bir çox cəhətdən xeyli genişlənib və möhkəmlənib. İctimai əhəmiyyətli çoxsaylı layihələr və təşəbbüslər həyata keçirilib, minlərlə gənc, aydın məqsədli və istedadlı insanlar üçün bizim qabaqcıl elm müəssisələrimizin ən yaxşı təhsil ənənələrindən bəhrələnmək imkanı yaradılıb.

Bu xoş fürsətdən istifadə edərək Moskva Dövlət Universitetinə səmimi münasibətinizə görə Sizə təşəkkürümü bildirirəm. MDU-nun Bakı şəhərindəki filialı özünün bütün fəaliyyəti dövründə elmin və təhsilin, dövlətlərimiz arasında sülhün və harmoniyanın inkişafına uğurla xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR