Müsavat Partiyasının üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər

Müsavat Partiyasının üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər
  • Clock-gray 12:32
  • calendar-gray 14 Dekabr 2019

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak formasını açıqlayıb.

Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, indiki halda Müsavat Partiyasının üzvləri partiyanın adını qeyd etməklə namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər: “Biz hələ ki, bu yolu qəbul etmişik. İkinci variant da mümkündür”.

Qeyd edək ki, Müsavat Partiyası gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Səlcuq Elçin

Digər xəbərlər