Müsavat növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərini açıqlayıb

Müsavat növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərini açıqlayıb
# 16 dekabr 2019 14:28 (UTC +04:00)

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.

APA-nın xəbərinə görə, növbədənkənar parlament seçkilərində iştirakla bağlı keçirilən toplantıda başqan Arif Hacılı bildirib ki, partiyanın 78 dairə üzrə 81 namizədi var.

O qeyd edib ki, bəzi dairələr üzrə iki nəfərin namizədliyi irəli sürüləcək.

15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın başqanı Arif Hacılının, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın sabiq başqanı, Milli Strateji Düşüncələr Mərkəzinin rəhbəri İsa Qəmbərin, 8 Saylı Binəqədi birinci seçki dairəsindən sabiq millət vəkili Arzu Səmədbəylinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən başqan müavini, vəkil Nemət Kərimlinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının, 11 saylı Qaradağ seçki dairəsindən başqan müavini Səxavət Soltanlının namizədliyi irəli sürülüb.

Xatırladaq ki, 2020-ci ilin fevral ayının 9-na Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR