Məzahir Pənahov: “60 namizəd qeydə alındıqdan sonra namizədliyini geri götürüb”

Məzahir Pənahov: “60 namizəd qeydə alındıqdan sonra namizədliyini geri götürüb”
  • Clock-gray 12:09
  • calendar-gray 30 Noyabr 2019

"Artıq seçki prosesinin əsas mərhələlərindən biri olan namizədlərin qeydə alınması prosesi  başa çatıb”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov deyib. 

O bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir: "Bu il keçiriləcək bələdiyyə seçkilərində 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" .

MSK sədri qeyd edib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra  öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər: "Bülletenlərdə 41800-dən çox yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adınının üzərindən xətt çəkiləcək".

Digər xəbərlər