Məzahir Pənahov: “Heç bir komissiyanın prosedur qaydaları pozmağa ixtiyarı yoxdur”

Məzahir Pənahov: “Heç bir komissiyanın prosedur qaydaları pozmağa ixtiyarı yoxdur”
  • Clock-gray 16:55
  • calendar-gray 08 Yanvar 2020

“Mərkəzi Seçki Komissiyasına daxil olan bütün məsələlər araşdırılır”.

APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Əgər hansısa müraciət daxil olubsa, dairə seçki komissiyası onu qanunun tələbinə uyğun həll etməlidir. MSK həmişə çatışmazlıqları aradan qaldırmaq üçün bütün addımları atacaq. Heç bir komissiyanın prosedur qaydaları pozmağa ixtiyarı yoxdur. Hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir”, - deyə o əlavə edib.

 

Əcəmi Əsədulla

Digər xəbərlər