Məzahir Pənahov: “MSK sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan görüntüləri araşdırır”

 Məzahir Pənahov: “MSK sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan görüntüləri araşdırır”
  • Clock-gray 19:24
  • calendar-gray 23 Dekabr 2019

“Mərkəzi Seçki Komissiyası sosial şəbəkələrdə bələdiyyə seçkiləri ilə bağlı qoyulan görüntüləri araşdırmağa başlayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov qeyd edib ki, sosial şəbəkələrdəki görüntülər ciddi araşdırılacaq: “Heç kimə hüquq verilməyib ki, Azərbaycan seçicisinin hüququna müdaxilə edilsin. MSK sosial şəbəkələrdəki görüntüləri ciddi şəkildə araşdıracaq və nəticələrini ictimailəşdirəcək. Onu da deyim ki, 1606 bələdiyyəyə seçki keçirilir, sosial şəbəkələrdə yayılan görüntülərdən 10-15 bələdiyyə ilə bağlı görüntüləri yadda saxlaya bildim”.

MSK sədri deyib ki, seçkilərlə bağlı müraciətlər ilk növbədə dairə seçki komissiyalarına (DSK) ünvanlanmalıdır: “DSK-da müraciət barədə qərar qəbul edildikdən sonra MSK-ya müraciət etmək olar. Əgər namizədlər müraciətlərə tez baxılmasını istəyirlərsə, ilk növbədə DSK-lara müraciət etməlidirlər. DSK-nın qərarından narazı qalsalar, MSK-ya müraciət etsinlər”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date