Məzahir Pənahov: "Mətbuat işçiləri sərbəst şəkildə istədikləri məntəqədə seçki prosesini izləyə bilərlər"

Məzahir Pənahov: "Mətbuat işçiləri sərbəst şəkildə istədikləri məntəqədə seçki prosesini izləyə bilərlər"
  • Clock-gray 08:08
  • calendar-gray 23 Dekabr 2019

Mətbuat işçiləri proseslərin gedişində azaddırlar. Onlar sərbəst şəkildə istədikləri məntəqədə seçki prosesini izləyə bilərlər.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, seçkilərlə bağlı məlumatları ictimaiyyətə çatdırmaq üçün hər cür şərait yaradılıb: “Azərbaycanda 2018-ci ilin sonundan başlayaraq vətəndaşlara son nəsil şəxsiyyət vəsiqəsi paylanılıb. Hazırda 1,5 milyon vətəndaşa yeni şəxsiyyət vəsiqələri paylanılıb. Bununıla bağlı bütün seçki məntəqələrinə məlumat oxuyan qurğu ilə təmin olunub. Bununla bağlı heç bir problem yoxdur”.

Digər xəbərlər