Məzahir Pənahov: “Namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidir”

Məzahir Pənahov: “Namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidir”
  • Clock-gray 17:22
  • calendar-gray 08 Yanvar 2020

“Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 

M. Pənahov bildirib ki, namizədliyin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddətinin bitməsinə az vaxt qalıb: “Biz bütün namizədlərin imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına geri qaytarmalarını arzu edirik. Artıq sənədlərin təqdim edilməsi üçün iki gün qalıb. Yanvarın 10-u saat 18:00-da imza vərəqələrinin dairə seçki komissiyalarına qaytarılması vaxtı bitir. Bundan sonra isə yanvarın 17-dək dairə seçki komissiyaları təqdim edilmiş sənədlərə baxıb namizədliyin qeydə alınması ilə bağlı müvafiq qərarlar qəbul edəcək”.

 

 

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date