Namizədlərin parlamentə növbədənkənar seçkilərlə əlaqədar sənədləri DSK-lara təqdim edəcəkləri müddət müəyyənləşib

Namizədlərin parlamentə növbədənkənar seçkilərlə əlaqədar sənədləri DSK-lara təqdim edəcəkləri müddət müəyyənləşib
# 07 dekabr 2019 15:06 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri 21 dekabr 2019-cu ildən başlayaraq namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun nümayəndəsi tərəfindən dairə seçki komissiyasına təqdim edilməlidir.

APA-nın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiq edilən Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçkim komissiyalarına təqdim edilməsi prosesi 2020-ci il yanvarın 10-u saat 18.00-dək başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR