Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib

Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib
# 10 yanvar 2020 18:16 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncama əsasən, bu vəzifəyə Gözəl Şahməmmədova təyin edilib.

Qeyd edək ki, G. Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR