Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb
  • Clock-gray 12:20
  • calendar-gray 22 Fevral 2020

Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb.

APA-nın “Nuhçıxan” agentliyinə istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də imzalayıb.

Qərarda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 2020-ci il fevral ayının 24-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi

4. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar".

apa-logo-mini

Digər xəbərlər