Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin edilib

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin edilib
# 08 dekabr 2020 17:19 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 8-də Samiq Sadıxovun “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru təyin edilməsi haqqında Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Samiq Asəf oğlu Sadıxov “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru təyin edilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR