Nazir: "DƏMX tərəfindən əmək bazarına elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır"

Nazir: "DƏMX tərəfindən əmək bazarına elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır"
  • Clock-gray 13:28
  • calendar-gray 14 Oktyabr 2019

"Sahibkarlıq subyektlərin yoxlamaların dayandırılması ilə bağlı elan edilmiş monitorinq müddəti 2021-ci ilin sonuna qədərdir. Monitorinqin olması biznesin inkişafı üçün çox geniş imkanlar yaradır və dövlət tərəfindən onlar üzərində olan administrativ yük azaldılır".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, bununla bağlı müvafiq dövlət qurumları tərəfindən yoxlamaların həyata keçirilməsi sahəsində inzibati praktikaların təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sahibkarlıq subyektlərində həyata keçrilən yoxlamalar əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) həyata keçirdiyi yoxlamalar idi. Ona görə də bu çərçivədə DƏMX tərəfindən yoxlamaların elektronlaşdırılması, elektron yoxlamalara üstünlük verilməsi, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır. DƏMX tərəfindən əmək bazarına elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır. Amma monitorinq dayandırılandan sonra həyata keçirilə biləcək səyyar yoxlamaların inzibati icraat praktikası da təkmilləşdiriləcək. Hər hansı əlavə bürokratik yükün olmaması və  sahibkarların incidilməməsi üçün bu daha vacibdir".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date