Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
# 31 yanvar 2020 18:58 (UTC +04:00)

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

APA-nın məlumatına görə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

“Dövlət satınalmaları haqqında” qanuna əsasən, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satınalınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabına köçürülür. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilməlidir. Fərmana əsasən, bu səlahiyyət Nazirlər Kabinetinə verilib.

Başqa sözlə, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR