Nazirlər Kabinetində Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Nazirlər Kabinetində Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
# 16 dekabr 2019 21:05 (UTC +04:00)

Dekabrın 16-da Nazirlər Kabinetində Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

APA xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi haqqında Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Baş Nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib. Dövlət Neft Fondunun 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR