Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatıb
# 05 yanvar 2020 13:55 (UTC +04:00)

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 5-dək olan dövrü əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR