Növbədənkənar parlament seçkilərində 617 nəfərin namizədliyi qeydə alınıb

Növbədənkənar parlament seçkilərində 617 nəfərin namizədliyi qeydə alınıb
  • Clock-gray 17:10
  • calendar-gray 08 Yanvar 2020

Növbədənkənar parlament seçkilərində iştirak üçün 617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

"Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiqlənib: “Onlardan 2149 nəfəri imza vərəqələrini artıq götürüb, 1041 nəfəri qaytarıb, 617-i isə qeydə alınıb”.

M. Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 149 nəfəri 14 siyasi partiyanın siyahısında olan şəxsdir: “6 nəfərin namizədliyi təşəbbüs qrupları, 462 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”.

 

Əcəmi Əsədulla

Digər xəbərlər