Növbədənkənar parlament seçkilərində iştirak üçün 1329 nəfər müraciət edib

Növbədənkənar parlament seçkilərində iştirak üçün 1329 nəfər müraciət edib
# 26 dekabr 2019 17:05 (UTC +04:00)

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 nəfər müraciət edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M. Pənahov bildirib ki, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb.

11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

MSK sədri qeyd edib ki, həmin müraciət edən şəxslərinin 1042 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub. Onlardan 829 nəfəri isə imza vərəqələrini artıq götürüb. 60 nəfəri qaytarıb və onlardan biri qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR