Nuşirəvan Məhərrəmli: “İTV-nin seçkilərlə bağlı reklam qiymətləri normaldır”

Nuşirəvan Məhərrəmli: “İTV-nin seçkilərlə bağlı reklam qiymətləri normaldır”
# 16 yanvar 2020 10:44 (UTC +04:00)

“Bir saat ərzində 12 dəqiqə reklam verilməlidir. Seçki təşviqatı zamanı da buna əməl edilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda təşkil etdiyi tədbirdə Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, bəzən telekanallar 1 saatda 12 dəqiqəlik reklam vaxtı məhdudiyyətini unudur, hesab edir ki, siyasi təşviqatla bağlı məsələyə 12 dəqiqə vaxt daxil deyil: “Bu vaxt çərçivəsi siyasi reklamlara da aiddir”.

N. Məhərrəmli qeyd edib ki, İctimai Televiziyada reklamın 1 saniyəsi üçün minimum 22 manat, maksimum 65 manat müəyyənləşib: “Bu, normal qiymətdir və namizədlər də bunu nəzərə almalıdır. İctimai Televiziyada vaxtın bölüşdürülməsi, püşkatma şəffaf keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR