Ombudsman Səbinə Əliyeva Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Ombudsman Səbinə Əliyeva Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
# 10 noyabr 2020 20:48 (UTC +04:00)

Noyabrın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, əvvəlcə Fəxri xiyabanda müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsinə ehtiram ifadə olunub.

Daha sonra Ombudsman Şəhidlər xiyabanı və II Fəxri xiyabanda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət edərək, onların xatirəsinə dərin ehtiramını bildirib.

Azərbaycanın inamlı qələbə qazanmasında xüsusi rəşadət göstərən ordumuzun şəhid olmuş hərbi qulluqçularına rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzu edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR