Ombudsman azərbaycanlı hərbi əsirlərin ermənilərin işgəncələrinə məruz qalması ilə bağlı beynəlxalq qurumlara müraciət edib - VİDEO

Ombudsman azərbaycanlı hərbi əsirlərin ermənilərin işgəncələrinə məruz qalması ilə bağlı beynəlxalq qurumlara müraciət edib - VİDEO
  • Clock-gray 15:01
  • calendar-gray 20 Dekabr 2020

Azərbaycanlı əsgərlərin Erməni hərbiçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qalması ilə bağlı faktlar ortaya çıxıb, bunu əks etdirən video yayılıb.

Ombudsman aparatından APA-ya verilən məlumata görə, bu videoda Ermənistan silahlı qüvvələri tərəfindən əsir olaraq ələ keçirilmiş Azərbaycanlı əsgərlərin Erməni hərbiçiləri tərəfindən qeyri-insani rəftar və işgəncələrə məruz qaldıqları görünür.

Əsir və girovluqda olan soydaşlarımıza qarşı işgəncə hallarına son verilməsi və onların qaytarılması ilə bağlı Azərbaycan Ombudsmanı mandatı çərçivəsində aidiyyəti beynəlxalq qurumlara müraciətlər edib və bu məsələni davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətində saxlayır.

Sözügedən videonu təqdim edirik:

apa-logo-mini

Digər xəbərlər