Oqtay Əsədov: “TürkPA uğurla fəaliyyət göstərir”

Oqtay Əsədov: “TürkPA uğurla fəaliyyət göstərir”
  • Clock-gray 16:18
  • calendar-gray 18 Dekabr 2019

"Qədim dövrlərdən türk dünyasının mütəfəkkir insanları türkdilli xalqların tərəqqi və inkişafını, onların birliyində, yekdilliyində görüblər".

 APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki,  türkdilli xalqların əməkdaşlıq təşkilatları arasında Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) 10 ildən çoxdur, uğurla fəaliyyət göstərir: “Bu dövrdə Assambleya xalqlarımızın bir-birinə daha da yaxınlaşdırmağın səmərəli vasitəçisi kimi göstərə bilib. Parlament məclisi çərçivəsində iş birliyi, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açıb”.

O. Əsədov qeyd edib ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu xeyli artıb: “Parlament diplomatiyasının üstünlüyü bir sıra mətləbləri daha tez və anlaşıqlı şəkildə çatdırmağa qadir olub. İnanıram ki, parlamentlərarası əməkdaşlıq bölgəmizdə mövcud olan münaqişələrin nizama salınmasına çox böyük köməklik göstərir”.

Spiker deyib ki, türkdilli dövlətlər coğrafi strateji baxımdan dünyanın çox önəmli bölgələrin birində yerləşir: “Bildiyiniz kimi, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Bir çox beynəlxalq təşkilatlar xüsusən də, BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və digər qurumlar qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazilərinin işğalına son qoyulmasını tələb ediblər. Bu məsələdə tutduqları mövqeyə görə, türkdilli ölkələrin dövlət başçılarına və parlamentlərinə öz təşəkkürümü bildirirəm”. 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date