Özəl telekanallar növbədənkənar seçkilərlə əlaqədar ödənişli seçkiqabağı təşviqatda iştirak etməyəcək

Özəl telekanallar növbədənkənar seçkilərlə əlaqədar ödənişli seçkiqabağı təşviqatda iştirak etməyəcək
# 09 yanvar 2020 16:07 (UTC +04:00)

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulacaq KİV məlum olub.

APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və 1 televiziya müraciət edərək qeydiyyatdan keçib.

Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək. Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün müraciət etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR