Pandemiya ilə əlaqədar xaricdən Azərbaycana gətirilən vətəndaşların sayı açıqlanıb

Pandemiya ilə əlaqədar xaricdən Azərbaycana gətirilən vətəndaşların sayı açıqlanıb
# 13 may 2020 17:09 (UTC +04:00)

“Azərbaycanda görülən işlərin tərkib hissəsi kimi xaricdəki azərbaycanlıların gətirilməsi prosesi həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, müəyyən olunmuş qrafik çərçivəsində vətəndaşların ölkəyə gətirilməsi həyata keçirilir: “Mayın 4-dən yeni yaradılmış "Evə gedirəm" portalı çərçivəsində qeydə alınan vətəndaşlarımız 5 may tarixində təyyarə ilə Moskvadan Azərbaycana gətirilib. 5 mayda 94 Azərbaycan vətəndaşının İrandan gətirilməsi təmin edilib. 7 mayda İstanbuldan 2 çarter reysi ilə 212 vətəndaş, 8 mayda Daşkənddən 50 vətəndaş, Riqadan 52 nəfər Azərbaycan vətəndaşı gətirilib. 12 mayda Moskadan çarter reysi ilə azərbaycanlı tələbələr gətirilib. 12 mayda 124 nəfərin Minskdən Azərbaycana gətirilməsi də təmin olunub. Mayın 14-də isə Kiyevdən 198 nəfərin təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulur”.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Rusiyadan quru sərhəddən 540-dan artıq Azərbaycan vətəndaşı ölkəyə gətirilib: “Gətirilən vətəndaşlar xüsusi karantin zonalarında yerləşdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR