Parlament seçkiləri ilə bağlı 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Parlament seçkiləri ilə bağlı 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
  • Clock-gray 16:43
  • calendar-gray 30 Yanvar 2020

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında bildirib.

M. Pənahov qeyd edib ki, beynəlxalq müşahidəçilərin sayı kifayət qədərdir.

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər 9 fevral tarixində keçiriləcək.

Firuzə Vahid

Digər xəbərlər