Parlament seçkiləri ilə əlaqədar 64048 yerli müşahidəçi qeydiyyata alınıb

Parlament seçkiləri ilə əlaqədar  64048 yerli müşahidəçi qeydiyyata alınıb
# 31 yanvar 2020 17:42 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 64048 yerli müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. M.Pənahov deyib ki, onlardan 59784 müşahidəçi dairə seçki komissiyalarında, 4264 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib.

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi yanvarın 30-dək olan dövrü əhatə edib. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına 2020-ci il fevralın 4-dək təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR