Parlament seçkiləri ilə əlaqədar 65766 yerli müşahidəçi qeydiyyata alınıb

Parlament seçkiləri ilə əlaqədar 65766 yerli müşahidəçi qeydiyyata alınıb
  • Clock-gray 15:20
  • calendar-gray 01 Fevral 2020

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 65766 yerli müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. M.Pənahov deyib ki, onlardan 61502 müşahidəçi dairə seçki komissiyalarında, 4264 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib.

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi yanvarın 30-dək olan dövrü əhatə edib. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına 2020-ci il fevralın 4-dək təqdim etməlidirlər.

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date