Parlament seçkilərində iştirak etmək istəyən 233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib

Parlament seçkilərində iştirak etmək istəyən 233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
  • Clock-gray 16:47
  • calendar-gray 17 Dekabr 2019

Azərbaycanda gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 nəfər müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 233 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “155 nəfərə isə imza vərəqələri verilib”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date