Parlamentdə fəaliyyət göstərəcək 10 könüllü seçiləcək

Parlamentdə fəaliyyət göstərəcək 10 könüllü seçiləcək
# 21 sentyabr 2020 10:56 (UTC +04:00)

Parlamentdə fəaliyyət göstərəcək 10 könüllü seçiləcək.

APA-nın məlumatına görə, bununla bağlı layihə Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün İş Planına daxil edilib.

Eyni zamanda “Deputat könüllüləri” layihəsinin icrası həyata keçiriləcək və hər bir komitə üzvü öz könüllülərini seçərək təqdim edəcək.

Qeyd edək ki, bu gün Gənclər və idman komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə aşağıdakı 3 məsələ daxildir:

1. Gənclər və idman komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat.

2. Gənclər və idman komitəsində 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi haqqında.

3. Cari məsələlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR