Parlamentdə Elm və təhsil komitəsinin iclası keçiriləcək

Parlamentdə Elm və təhsil komitəsinin iclası keçiriləcək
# 14 yanvar 2021 20:42 (UTC +04:00)

Yaz sessiyası çərçivəsində Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 18-də saat 11.00-da onlayn iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi daxildir.

Qeyd edək ki, Milli Məclisin deputatları sabah tətildən qayıdır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə parlamentin deputatları məzuniyyətdə sayılırlar. Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq və mayın 31-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR