Partiyalar maliyyə hesabatını MSK-ya təqdim etməyə başlayıb

Partiyalar maliyyə hesabatını MSK-ya təqdim etməyə başlayıb
# 11 fevral 2021 12:16 (UTC +04:00)

Siyasi partiyalar 2020-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyə başlayıb.

APA-nın məlumatına görə, dövlət qeydiyyatından keçmiş 62 partiyadan 5-i artıq ötən illə bağlı maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar Yeni Azərbaycan Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası və Azərbaycan Liberal Partiyasıdır.

Xatırladaq ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR