Prezident Administrasiyasının nümayəndəsi İlqar Məmmədovla görüşüb

Prezident Administrasiyasının nümayəndəsi İlqar Məmmədovla görüşüb
# 29 fevral 2020 11:16 (UTC +04:00)

Prezident Administrasiyasının nümayəndəsi və REAL Partiyasının sədri İlqar Məmmədov arasında görüş keçirilib.

APA-nın məlumatına görə, bu barədə İlqar Məmmədov özü bildirib.

Onun sözlərinə görə, görüş Prezident Administrasiyasında deyil, "Respublika" qonaq evinin konfrans zalında keçirilib.

"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 27-də Prezident Administrasiyasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə də görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR