Prezident: “Dünya birliyinin mütləq əksəriyyəti yardım üçün müraciət edib, Azərbaycanın adı bu siyahıda yoxdur”

Prezident: “Dünya birliyinin mütləq əksəriyyəti yardım üçün müraciət edib, Azərbaycanın adı bu siyahıda yoxdur”
# 14 aprel 2020 22:18 (UTC +04:00)

“Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi də bildirib: “Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR