Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandirini Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib

Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandirini Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib
# 03 oktyabr 2020 19:40 (UTC +04:00)

Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, Prezident H.Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.

Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR