Prezident İlham Əliyev: “Bizim siyasi sistemimiz səmərəlidir”

Prezident İlham Əliyev: “Bizim siyasi sistemimiz səmərəlidir”
# 31 oktyabr 2020 13:00 (UTC +04:00)

“Bu, tamamilə yanlış qiymətləndirmədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız” sualına cavabında deyib.

“Birincisi, mənim həbs olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər, adını deyə bilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var?”, - deyə dövlət başçısı vurğulayıb.

Jurnalist isə hazırda ondan həmin şəxsin adının olmadığını bildirib: “Hazırda məndə adı yoxdur, öyrənərəm”.

Azərbaycan Prezidenti bu sualı etibarsız hesab etdiyini vurğulayıb: “Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat yoxdur. Diqqətin yayındırılmasına gəlincə, diqqəti yayındırmağa ehtiyac yoxdur. Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadan əvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mən siyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Biz praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar, onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə başladıq. Hazırda parlamentimizdə çox sayda müxalifət üzvü var. Siyasi proses çox səmərəlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR