Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
# 20 yanvar 2021 12:05 (UTC +04:00)

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR