Prezident: "Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik"

Prezident: "Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik"
  • Clock-gray 14:08
  • calendar-gray 17 Noyabr 2020

“Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Cəbrayıl rayonuna səfər edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir: “Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq.

Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub.

Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik”.

 

apa-logo-mini

Digər xəbərlər