Prezident: “Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir”

Prezident: “Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir”
# 01 fevral 2021 18:08 (UTC +04:00)

“Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir. Bildiyiniz kimi, son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Ona görə əminəm ki, bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident bildirib ki, xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir: “Burada 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi çalışacaq və təbii ki, onların da iş şəraiti müsbətə doğru dəyişir. Əminəm ki, burada göstəriləcək tibbi xidmət vətəndaşların sağlamlığını təmin edəcək, bərpa edəcək”.

“Xəstəxananın inşası bir daha onu göstərir ki, bu sahədəki fəaliyyətimiz ardıcıl şəkildə davam etdirilir və Abşeron rayonunda da müasir xəstəxana artıq fəaliyyət göstərir. Bunun üstünlüyü, eyni zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı, amma indi burada artıq həm xəstəxana, poliklinika, uşaq poliklinikası, doğum şöbəsi, təcili tibbi yardım şöbəsi – bütün şöbələr bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, insanların rahatlığı üçün də çox önəmlidir” – deyə dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR